Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus allergiya xəstələri üçün nə dərəcədə təhlükəlidir?

Koronavirus allergiya xəstələri üçün nə dərəcədə təhlükəlidir?

Tarix: 28 Fevral 2022 17:39

Rusiyalı immunoloq-allerqoloq və ali kateqoriyalı həkim, tibb elmləri namizədi Nadejda Logina bildirib ki, allergiya xəstələri koronavirusun təhlükəli nəticələri ilə üzləşə bilərlər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, xəbərdarlıq edib ki, koronavirusdan sağalanlarda, uzun bərpa prosesindən sonra da, allergiyanın şiddətlənmə riski var.

"Mən bunu pasiyentlərimdə müşahidə edirəm. Tutaq ki, 15 il ərzində allergik xəstəliklərdə kəskinləşmə olmayıb, lakin koronavirusdan sonra xəstəlik yenidən baş qaldırıb", - deyə Logina izah edib.

İmmunoloq əlavə edib ki, kəskinləşmə istənilən vaxt, hətta digər virus xəstəlikləri zamanı da baş verə bilər. Onun sözlərinə görə, istənilən infeksiya köhnə xroniki prosesləri şiddətləndirə bilər.


Etiketlər:  Koronavirus allergiya xəstələri üçün dərəcədə təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ