Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızarmış gözləri çay dəmləməsi ilə yumaq olar?

Qızarmış gözləri çay dəmləməsi ilə yumaq olar?

Tarix: 25 Sentyabr 2024 21:12

"Əksər insanlar gözdə qızartı, qaşınma, səhərlər yapışma kimi simptomların olduğunu deyirlər. Narahatlıq yaradan məqamlardan biri isə virusun qısa zamanda bir gözdən o birinə keçməsidir".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində qurumun mütəxəssis-eksperti, oftalmoloq İmran Carullazadə açıqlayıb.

Onun sözlərinə görə, bu gün oftalmoloqa müraciət edən pasiyentlərin şikayətləri araşdırıldıqda məlum olur ki, çoxu allergiya ilə bağlıdır:

"İnsanlar belə olan hallarda əllərinin təmizliyinə diqqət etmədən gözlərinə vurur, ovuşdururlar. Bu, infeksiya yaranmasına səbəb olur. Əgər gözlərdə qaşınma hiss edirlərsə, qızarırsa, qətiyyən əl vurmasınlar. Yaxınlıqda olan həkimə müraciət etsinlər".

Oftalmoloq qeyd edib ki, bəzən belə hallarda ev şəraitində çay, çobanyastığı dəmləməsi ilə gözlərini yuyan pasiyentlər olur:

"Bunu etməyə gərək yoxdur. Ola bilər ki, bu, allergik reaksiyadan yaransın. Bunu bilmədən həmin dəmləmələrlə gözü yuyarkən daha da qıcıqlandırırlar. Adi su ilə üzlərini, gözlərini yuya bilərlər. Səhərlər göz qapaqları yapışır, irin müşahidə edilirsə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır".

İ.Carullazadə sonda bu kimi hallarda bir çox xəstənin yanlışlıqla antibiotikə üstünlük verdiyini bildirib:

"Antibiotik infeksiyanı öldürsə də, bədəni zəiflədir. Nəticədə, çox zaman infeksiyanın yenidən qayıtdığını müşahidə edirik".


Etiketlər:  Qızarmış gözləri çay dəmləməsi ilə yumaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ