Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə Səhiyyə Nazirliyi əhalini öpüşməməyə çağırdı

Bu ölkədə Səhiyyə Nazirliyi əhalini öpüşməməyə çağırdı

Tarix: 8 Oktyabr 2024 13:18

Qana Milli Səhiyyə Xidməti ölkə əhalisinə qeyri-adi bir müraciət edib. Qurum sakinləri öpüşməkdən və cinsi əlaqədən imtina etməyə çağırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, çağırış ölkədə meymunçiçəyi ilə yoluxma hallarının artması ilə əlaqədar edilib.

Bəyanat ölkənin şimal-qərbində növbəti xəstəlik halı qeydə alındıqdan sonra verilib. Bildirilib ki, yoluxanların sayı artıq 230 nəfərə çatıb.

Həkimlərin məlumatına görə, meymunçiçəyi yaxın bədən təması ilə ötürülə bilər, buna görə də onlar bu xəstəliyin olduğundan şübhələnilən insanlarla öpüşməkdən və yaxın təmasdan çəkinməyi ciddi şəkildə tövsiyə edirlər.

Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikasında "mpox" virusuna qarşı ilk peyvənd kampaniyası başlayıb. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı tarixdə ilk dəfə olaraq meymunçiçəyinin diaqnostik testini təcili istifadə üçün təsdiqləyib.


Etiketlər:  ölkədə Səhiyyə Nazirliyi əhalini öpüşməməyə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ