Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bin Ladenin oğlu Fransadan qovuldu

Bin Ladenin oğlu Fransadan qovuldu

Tarix: 8 Oktyabr 2024 13:26

Üsamə Bin Ladenin oğlu Ömər Bin Laden sosial media hesabında terroru təşviq edən paylaşımlarına görə Fransa ərazisindən qovulub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransanın daxili işlər naziri Bruno Retaillo deyib.

Onun sözlərinə görə, Ömər Bin Laden 2021-ci ildən Britaniya vətəndaşının həyat yoldaşı kimi Ornedə yaşayır və 2023-cü ildən terrora haqq qazandıran şərhlər yazmağa başlayıb. Qeyd olunub ki, Orne kommunası onun ölkə ərazisindən qovulmasına nail olub.


Etiketlər:  Ladenin oğlu Fransadan qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ