Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada orta yaş göstəricisi ən yüksək olan ölkə

Avropada orta yaş göstəricisi ən yüksək olan ölkə

Tarix: 28 Fevral 2022 22:24

Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında orta yaş göstəricisi ən yüksək olan ölkə İtaliyadır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Statistika Bürosu ("Eurostat") məlumat yayıb.

Bildirilir ki, keçən il Aİ əhalisinin orta yaş həddi əvvəlki ilə nisbətən 0,2 il artaraq 44,1-ə çatıb. Bundan əlavə, son 10 ildə Avropa İttifaqına üzv ölkələrdə orta yaş həddi 2,5 il artıb.

İtaliya 47,6 orta yaş həddi ilə Avropa ölkələri arasında ən yüksək göstəriciyə malik ölkə olub. Sonrakı yerlərdə Almaniya (45,9 yaş), Portuqaliya (45,8 yaş), Yunanıstan (45,5 yaş) və Bolqarıstan (45 yaş) qərarlaşıb.

Orta yaş həddi İspaniyada 44,7, Xorvatiya və Sloveniyada 44,4, Litvada 44,1, Latviyada 43,9, Macarıstan və Avstriyada 43,6 olub.

Ən aşağı orta yaş göstəricisi isə Kipr (38 yaş), İrlandiya (38,5 yaş), Lüksemburq (39,6 yaş) və Maltada (40,1 yaş) qeydə alınıb.


Etiketlər:  Avropada orta yaş göstəricisi yüksək olan ölkə


RƏYLƏR