Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı

Rusiya və Belarus bu beynəlxalq qurumdan da  uzaqlaşdırıldı

Tarix: 1 Mart 2022 08:12

Beynəlxalq Hokkey Federasiyasının (BHF) növbəti iclası keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iclasda Rusiya və Belarusun beynəlxalq quruma üzvlüyü dayandırılıb.

BHF-in qərarına əsasən, Rusiya və Belarus millilərinin və klublarının bütün yaş kateqoriyaları üzrə komandalarının ali qurumun bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub. Beləliklə, Rusiya və Belarus yığmalarının bu il Finlandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Həmçinin, Rusiya 2023-cü ildə təşkil olunacaq gənclər arasında dünya çempionatına ev sahibliyi etməkdən məhrum olub. BHF yaxın vaxtlarda mundiala ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.

Milli.Az


Etiketlər:  Rusiya Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı


RƏYLƏR