Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 19:18
Rusiyada 17-ci mərtəbədən yıxılan kişi və qadın sağ qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Moskva yaxınlığındakı Lyubertsı şəhərində baş verib.
İlkin məlumata görə, onların hər ikisi içkili olub.
Bildirilib ki, Qırğızıstandan olan 23 yaşlı qadın və 26 yaşlı kişi arasında mübahisə yaşanıb. Qadın pəncərəni açaraq özünü çölə atıb. Kişi onu saxlamağa çalışsa da, nəticədə hər ikisi yerə yıxılıb.
Sağ qalan gənclər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.