Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə evlənən cütlüklərə 2 min avro veriləcək

Bu ölkədə evlənən cütlüklərə 2 min avro veriləcək

Tarix: 2 Mart 2022 23:42

İtaliya rəsmiləri paytaxt Romanın da yerləşdiyi Latsio regionunda evlənən cütlüklərə 2 min avro veriləcəyini açıqlayıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Latsio aşiq" adlı layihə koronavirus pandemiyasının mənfi təsir göstərdiyi toy sənayesini canlandırmaq məqsədi daşıyır. Layihə paytaxt Roma ilə yanaşı, Tivoli, Latina, Viterbo və Pomezia kimi məşhur şəhərlər də daxil olmaqla ümumilikdə 13 şəhəri əhatə edir.

Sözügedən yardımdan əcnəbilərin də yararlana biləcəklər. Layihə üçün ümumilikdə 10 milyon avro ayrılıb.

Bildirilib ki, maliyyə dəstəyindən yararlanmaq üçün 2023-cü ilin yanvar ayının sonuna qədər müraciət etmək olar.


Etiketlər:  ölkədə evlənən cütlüklərə avro veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ