Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 14:32
Azərbaycan əsilli futbolçu, Kiyev "Dinamo"sunun sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Ukrayna xalqına müraciət edib.
Sonxeber.net xəbər verir ki, azərbaycanlı futbolçu video paylaşaraq Ukraynaya öz dəstəyini nümayiş etdirib.
A. Əliyev ölkəni tərk etməyəcəyini, qoruyacağını bildirib:
"Mən Kiyevdəyəm. Burada qalmışam və qalacağam. Övladlarımın doğulduğu ölkəni qorumaq üçün burada olacağam. Hər kəsi sülhə çağırıram. Uşaqlar, ukraynalılar, gözləyin. Biz güclüyük, hər şeyə dözəcəyik. Əlimdən gələni etməyə çalışacağam ki, bu ölkədə ancaq sülh olsun".
Sözügedən videonu təqdim edirik: