Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 18:50
Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədova TRT-də mərhum müğənni Kayahanın həyat yoldaşı İpek Acarın proqramında qonaqolub.
Sonxeber.net xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə müğənni oradan qonorar da alıb. Belə ki, verilişə çıxmaq üçün Məmmədovaya 5 min lirə (601 manat) ödənilib.
"TRT Muzik"də yayımlanan "İpek yolu" verilişində Lalə sevilən mahnıları səsləndirib.
Xatırladaq ki, Lalə Kayahanın "Kar taneleri" mahnısını səsləndirib. Sözügedən ifa Kayahanın "Kayahan iyileri" albomuna da daxil edilmişdi.