Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Rusiya ilə diplomatiyaya hazırdır

ABŞ-ın Rusiya ilə diplomatiyaya hazırdır

Tarix: 5 Mart 2022 07:06

Moskva ciddi əməkdaşlığa hazır olduğunu nümayiş etdirərsə, ABŞ hakimiyyəti Rusiya Federasiyası ilə diplomatiyada iştirak edəcək.

ABŞ Dövlət Katibi Entoni Blinken cümə günü BBC yayım korporasiyasına müsahibəsində deyib.

Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması perspektivləri ilə bağlı sualı cavablandıran Blinken "Biz həmişə diplomatiya və dialoq üçün imkanlar axtaracağıq", - deyə vurğulayıb.

"Bu, tamamilə Rusiya Prezidenti Vladimir Putindən və Rusiyadan asılıdır. Əgər onlar ciddi diplomatiyaya hazır olduqlarına dair hər hansı əlamətlər göstərsələr, təbii ki, biz iştirak edəcəyik. Biz həm də ukraynalı tərəfdaşlarımıza güvənirik. Onlar RF ilə danışırlar, amma bu heç nir nəticə vermir", - Blinken qeyd edib.


Etiketlər:  ABŞ Rusiya ilə diplomatiyaya hazırdır


RƏYLƏR