Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ''Twitter''-ə giriş bloklanıb

Rusiyada ''Twitter''-ə giriş bloklanıb

Tarix: 5 Mart 2022 07:16

Rusiyada "Twitter"-ə giriş bloklanıb.

Bu barədə Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") yayıb.

Məlumata görə, "Twitter"-ə giriş "İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında" federal qanunun 15.3-cü maddəsi əsasında məhdudlaşdırılıb.

Adıçəkilən maddə kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə, müəyyən edilmiş qaydanı pozmaqla keçirilən kütləvi (ictimai) tədbirlərdə iştiraka çağırışları əks etdirən saytlara girişin məhdudlaşdırılması qaydasını tənzimləyir.

Qeyd edək ki, daha əvvəl "Roskomnadzor" "Facebook" sosial şəbəkəsini bloklamışdır.


Etiketlər:  Rusiyada Twitter giriş bloklanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ