Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu Trostyanets şəhərini ələ keçirib

Rusiya ordusu Trostyanets şəhərini ələ keçirib

Tarix: 5 Mart 2022 08:32

Ukraynanın Sumı vilayətinin Trostyanets şəhəri Rusiya ordusu tərəfindən ələ keçirilib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına Rusiya hərbçiləri nəzarət edir.

"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər, yalnız fövqəladə hallarda uşaqlara görə icazə verirlər. Həkimlərə gedəcəkləri halda güllənəcəkləri xəbərdarlığı edilib",- deyə Jivitski bildirib.

O, həmçinin qeyd edib ki, bütün mağazalar talan edildiyində sakinlər ərzaq və digər malları ala bilmirlər.


Etiketlər:  Rusiya ordusu Trostyanets şəhərini ələ keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ