Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 13:00
Bakı. Elnur Bağışov – Trend:
İranın Tehran-Şimal magistral yolunda Əlborz tunelinin çökməsi nəticəsində 3 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu Tehran-Şimal magistral yolu layihəsinin koordinatoru Şüca Mirzaian deyib.
Onun sözlərinə görə, 5 nəfər tibb məntəqəsinə aparılıb. Partlayış güclü olduğuna görə, yaralıların vəziyyəti ağırdır.
İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bildirib ki, tuneldə çökmə qaz sızması ilə partlayış nəticəsində baş verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin