Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 23:22
İran Atom Enerji Təşkilatı və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müştərək bəyanat yayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, İran Atom Enerji Təşkilatı mart ayının 20-nə kimi AEBA-nın ünvanladığı suallara yazılı cavab verəcək.
Suallar İranda 3 məkanla bağlıdır. İran həmin tarixədək lazimi izahat və aidiyyatlı sənədləri AEBA-ya təqdim etməlidir.
AEBA rəsmi izahatı aldıqdan sonra iki həftə ərzində həmin məlumatları yoxlayaraq lazimi sualları yenidən İranın Atom Enerji Təşkilatına yollayacaq. Bəyanatda qeyd olunur ki, əlavə suallarla bağlı İran və AEBA Tehranda iclas təşkil edəcək.
AEBA rəhbəri qeyd olunan məsələləri dəyərləndirdikdən sonra nəticəni 2022-ci ilin iyun ayında Rəhbərlər Şurasının iclasından əvvəl elan edəcək.