Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 17:38
Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin üzvü İrina Kindzerska karyerasını başa vurub.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı şəxsi instaqram hesabında məlumat paylaşıb.
31 yaşlı cüdoçu bu qərarı həyatında baş verən bütün hadisələrdən sonra qəbul etdiyini bildirib: "Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm".
Kindzerskanın ölkəsində davam edən müharibə səbəbindən bu addımı atdığı istisna edilmir.
Xatırladaq ki, bir neçə gün əvvəl onun Ukraynanın İrpen şəhərindəki evi silahlı hücuma məruz qalıb. Kindzerksa hazırda ailəsi ilə birlikdə təhlükəsiz yerdədir.