Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 13:30
Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində baş tutan "Fənərbağça" - "Trabzonspor" oyunu zamanı azarkeş dünyasını dəyişib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə matçın 17-ci dəqiqəsində baş hakim Zorbay Küçük meydan sahiblərinin yarımmüdafiəçisi İrfan Can Kahveciyə qırmızı vərəqə göstərdikdən sonra baş verib.
Kocaelinin İzmit qəsəbəsində evində qarşılaşmanı izləyən Ahmet Özdemir adlı azarkeş referinin qərarından sonra infarkt keçirib. 27 fanat xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "Fənərbağça" - "Trabzonspor" görüşü 1:1 hesablı bərabərliklə başa çatıb.