Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban'' hakimiyyətə gələndən Əfqanıstanda 397 mülki şəxs öldürülüb

''Taliban'' hakimiyyətə gələndən Əfqanıstanda 397 mülki şəxs öldürülüb

Tarix: 8 Mart 2022 08:26

"Taliban" hakimiyyətə gələndən bugünədək Əfqanıstanda 397 mülki şəxs öldürülüb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.

Bununla yanaşı, 756 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ali Komissar vurğulayıb ki, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin 100-dən çox keçmiş üzvü və ya onların ailə üzvləri məhkəmədənkənar edam edilib.

Baçelet diqqəti iqtisadi, sosial və mədəni hüquqların tam şəkildə həyata keçirilməsinə ciddi təsir göstərən dağıdıcı humanitar və iqtisadi böhrana çəkib. Onun sözlərinə görə, hazırda əhalinin yarıdan çoxu həddindən artıq aclıqdan əziyyət çəkir, ölkədə insan alveri və erkən nikahların sayı artıb.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyəti 2021-ci il avqustun 15-də ələ keçirib.


Etiketlər:  Taliban hakimiyyətə gələndən Əfqanıstanda mülki şəxs öldürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ