Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Кadırov Zelenskidən BMT-yə, ATƏT-ə və NATO-ya şikayətləndi

Кadırov Zelenskidən BMT-yə, ATƏT-ə və NATO-ya şikayətləndi

Tarix: 8 Mart 2022 10:57

Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov Ukraynada humanitar dəhlizlə bağlı yaranmış vəziyyətlə əlaqədar NATO-ya, ATƏT-ə, BMT-yə müraciət edib.

Kadırovun sözlərinə görə, "benderlər" nəinki yerli əhaliyə, hətta xarici ölkə vətəndaşlarına da Rusiyanın açdığı humanitar dəhlizlərdən istifadə etməyə imkan vermirlər.

Sonxeber.net bildirir ki, R.Kadırovun sosial şəbəkələrdəki profillərində yerləşdirilmiş müraciətində deyilir: "Son günlər NATO, ATƏT, BMT elə hey Ukraynada dinc sakinlər üçün humanitar dəhlizlərdən danışırlar. Rusiya belə imkanları yaradıb dəhlizləri təşkil edəndə banderaçılar nəinki yerli sakinlərə, hətta əcnəbilərə imkan vermirlər. Onlar yaşayış məntəqələrini sığınacaqlarına çeviriblər, evlərin damlarında hava hücumundan müdafiə vasitələri quraşdırıblar, müdafiəsi insanların arxasında gizlənərək onları sipərə çeviriblər. Təbiii ki, dinc sakinləri buraxmaq nasistlərə sərf etmir. Axı o sakinlərdən "canlı sipər" kimi faydalanırlar".

R.Kadırov daha sonra bildirib ki, indiki Ukraynanı dövlət saymır: "Gün keçdikcə daha çox anlamıram ki, axı necə indiki Ukraynanı sivil dövlət, silahlanmış dəstələri isə hərbi qulluqçu saymaq olar?! Onlar terrorçuların metodlarından istifadə edən əsl banditlərdir. Onlar İraqdakı, Suriyadakı, Liviyadakı terrorçulardan pisdirlər".

Çeçenistan rəhbəri Vladimir Zelenskini "ən azından xarici vətəndaşların təxliyə edilməsini təşkil edə bilməməkdə" ittiham edib: "Təkcə bu fakt əyani şəkildə göstərir ki, o, prezident-filan deyil".

"Axı ilk əvvəl o, xarici ölkə vətəndaşlarının təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Ukrayna beynəlxalq təşkilatların sıralarına can atan Avropa ölkəsidir. Zelenski isə Avropa ölkələrinin və digər dövlətlərin vətəndaşlarına tüpürmək belə, istəmir. Sadəcə, bu fakt əyani şəkildə göstərir ki, Zelenski prezident yox, banderaçıların, nasistlərin və şeytanların əlində oyuncaqdır.

Ona görə də BMT-yə, ATƏT-ə, NATO-ya üz tuturam: adamlarınızla birlikdə vəziyyətə müdaxilə edin. Əks təqdirdə bütün məsuliyyət üzərinizdə olacaq. Xəbərdarlıq edirəm: Ukraynadakı hadisələrin pis nəticəsinə görə Rusiya məsuliyyət daşımayacaq. Zelenskiyə, Ukrayna hökumətinə, Ali Radaya, Ukrayna ordusuüna üzümü tuturam: azacıq da olsa, insanlığınız və ağlınız qalıbsa, insanları humanitar dəhlizlərlə buraxın. Heç olmasa iki gün spirtli içki içməyin, narkotik qəbul etməyin, bir normal günü davranışınızı anlamağa sərf edin. Əks təqdirdə əməlləriniz fəlakətə aparacaq".


Etiketlər:  Кadırov Zelenskidən ATƏT NATO şikayətləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ