Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2019 00:16
Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.
Qol.az-ın məlumatına görə, final oyununda Türkiyə ilə son Avropa çempionu Serbiya qarşılaşıb. Ankarada keçirilən görüşdə Serbiya yığması 3:2 hesabı ilə qalib gəlib. Bununla da onlar ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionu olublar.
Turnirin üçüncüsü Polşanı 3:0 hesabı ilə məğlub edən İtaliya yığması olub.
Qeyd edək ki, Arvopa çempionatında iştirak edən Azərbaycan millisi 1/8 finalda Bolqarıstana uduzaraq mübarizəni dayandırmışdı.
Final
Serbiya – Türkiyə - 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13)
Üçüncü yer uğrunda oyun
İtaliya - Polşa - 3:0 (25:23, 25:20, 26:24)