Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 00:04
"ABŞ-ın Rusiyadan aldığı xam neft və neft məhsulları onun bu sahədə idxalının 10%-ə yaxınını təşkil edir, yəni elə də çox deyil. Amma önəmsiz də deyil".
Bunu politoloq Şahin Cəfərli ABŞ-ın Rusiyadan neft və qaz idxalını dayandırmasını şərh edərkən deyib.
"Senator Kris Kuns bu qərarın daxili bazarda yanacağın qiymətini daha da artıracağını söyləyərək "amma azadlığın bir bədəli var, ödəməliyik" deyib.
ABŞ-dan sonra Yaponiyanın da analoji qərar qəbul edəcəyi gözlənilir. Avropa Birliyi ilə bağlı durum isə mürəkkəbdir. Onların neft və neft məhsullarına olan ehtiyacının üçdə birini Rusiya qarşılayır. AB-nin alternativ mənbələr tapmadan embarqoya qoşulması çox çətindir", - deyə politoloq bildirib.