Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ASAN Xidmət'' Mərkəzinin əməkdaşı qaçırılıb - FOTO

''ASAN Xidmət'' Mərkəzinin əməkdaşı qaçırılıb - FOTO

Tarix: 9 Mart 2022 23:46

23:42

Ağcabədidə 30 yaşlı qız qaçırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7-i mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi "ASAN Xidmət" Mərkəzindən işdən çıxıb evə gedərkən, onun qarşısını kəsən şəxs və ya şəxslər qaçırıb.

T. İbrahimovanın anası Sahibə İbrahimova APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, onların şübhələrinə görə övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb. Lakin istər qızın, istərsə də oğlanın telefonlarının söndürülməyi ailəni daha çox narahat edir.

Qızın anası onu da bildirib ki, T. İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qaçırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

---------

21:15

Ağcabədidə Asan Xidmət Mərkəzinin qadın əməkdaşı qaçırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə martın 7-də qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  ASAN Xidmət Mərkəzinin əməkdaşı qaçırılıb FOTO


RƏYLƏR