Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 07:56
ABŞ-ın tikinti texnikası istehsalçısı "Caterpillar" sanksiyalar və tədarük zəncirinin pozulması səbəbindən Rusiyadakı istehsalını dayandırdığını elan edib.
Şirkətin saytında yerləşdirilən məlumatda Rusiyada işləməyin, o cümlədən sanksiyalar və təchizat zəncirinin pozulması səbəbindən getdikcə çətinləşdiyi vurğulanır. Bildirilir ki, Rusiya istehsal müəssisələrində fəaliyyət dayandırılır.
Şirkət həmçinin yaranmış vəziyyətdə Rusiyadakı işçilərinə dəstək yollarının araşdırıldığını qeyd edib.