Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər iki sakindən biri Kiyevi tərk edir

Hər iki sakindən biri Kiyevi tərk edir

Tarix: 10 Mart 2022 17:50

Hazırda hər ikinci sakin təhlükəsizlik problemlərinə görə Kiyevi tərk edib.

Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumat xarakterli telemarafon zamanı paytaxt meri Vitali Kliçko bildirib.

"Son məlumatlara görə, hazırda Kiyevin hər ikinci vətəndaşı Kiyev şəhərini tərk edib. İndi burada 2 milyondan bir az az sakin var. Buna baxmayaraq, Kiyev indi qalaya çevrilib. Hər küçə, hər bina, hər keçid məntəqəsi gücləndirilir", - mer qeyd edib.

Merin qardaşı Vladimir Kliçko da öz növbəsində Kiyevdən olan kişilərin ailələrini çıxararaq şəhərə qayıtmasına diqqət çəkib.

Mer qeyd edib ki, orkların Kiyevi ələ keçirmək planları şiddətli döyüşlərin getdiyi Buça, Vorzel, İrpen, Qostomeli müdafiə edən kişilər sayəsində həyata keçmir.

"Bizim uşaqlar Kiyevi mühasirəyə almaq üçün bütün planları puç edir və biz bu istiqamətdə bütün gücümüzlə kömək edirik", - Kliçko bildirib.

Onun sözlərinə görə, müdafiəyə hətta musiqiçilər, aktyorlar da cəlb olunub.

"Heç vaxt belə bir ruh olmayıb. Hamı deyir ki, heç nə olmayacaq, şəhər təslim olmayacaq, düşmənə keçməyəcək. Mən hamıya açıq deyə bilərəm: şəhər ayağa qalxıb", - mer vurğulayıb.

Aslan Məmmədov


Etiketlər:  Hər sakindən biri Kiyevi tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ