Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Özümə hörmət edirəmsə, meyxanaçı muğam oxuyanda çıxıb getməliyəm"

Tarix: 11 Mart 2022 14:45

Aşıq Əli Tapdıqoğlu meyxanaçıları tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Tarixin bir günü" proqramında meyxanaçıların muğam oxumasını biabırçılıq adlandırıb:

"İndi meyxana tam meyxana deyil, mahnı oxumaqdır. Biabırçılıq harasındadır: tanınmış xanəndələr oturub, meyxana deyən muğam oxuyur. Görürəm və əsəbiləşirəm. Özü-özünə hörmət etməlidir ki, mən niyə onun yanında muğam oxuyum? Mənim yanımda meyxana deyən muğam oxuya bilməz. Oxuya bilər, mən hörmət etməliyəm özümə. Özünə hörmət edirəmsə, məclisdən çıxmalıyam. Durub məclisdən çıxaram. Sən oxu bitir, sonra mən gələrəm. Bir müddət xanəndələr aşıq olan yerdə şikəstə oxuyur. Şikəstələr aşıqlara aiddir".

Milli.Az


Etiketlər:  Özümə hörmət edirəmsə meyxanaçı muğam oxuyanda çıxıb getməliyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ