Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 15:00
Sumı vilayətində polis ərazi müdafiəsi nümayəndələri ilə birlikdə 29 rusiyalı hərbçini saxlayıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Polisi Facebook-da məlumat yayıb.
"Romnı rayonunun ehtiyatlı sakinləri kəndlərdən birinin yaxınlığında, tarlada hərbi geyimdə bir qrup şübhəli şəxsi görüblər. Məlumat dərhal polisə çatdırılıb. Polis ərazi müdafiəsi nümayəndələri ilə birlikdə dərhal reaksiya verib və 29 rus hərbçini saxlayıb. Hücum edənlərin izah etdiyi kimi, onlar xəritə ilə sərhədə doğru gedirmişlər", - məlumatda deyilir.
Qeyd olunur ki, indi bütün saxlanılan şəxslər müvafiq orqanlara təhvil verilib, orada onların Romenski rayonu ərazisinə hansı şəraitdə düşməsi aydınlaşdırılacaq.
Aslan Məmmədov