Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna mətbuatı - Düşmən itki verir, geri çəkilir

Ukrayna mətbuatı - Düşmən itki verir, geri çəkilir

Tarix: 11 Mart 2022 16:16

Rusiya qoşunları Ukrayna ərazisi ilə daha da irəliləyərək Krivoy Roq, Kremençuq, Nikopol və Zaporojye istiqamətində hücum edir.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsində saat 12.00-a olan əməliyyat məlumatı sübut edir.

"Polesski, Severski, Yujnobuqski əməliyyat rayonlarında itkilər verən düşmən əlverişsiz xətlərdə möhkəmlənməyə çalışaraq dayandırılıb, buna məcbur olub. Donetsk istiqamətində şiddətli döyüşlər zamanı Ukrayna müdafiəçiləri düşməni dəf edib, onun hücumunun tempi azaldılıb", - məlumatda deyilir.

"Kiyev və Mariupol, həmçinin Krivoy Roq, Kremençuq, Nikopol və Zaporojye istiqamətində irəliləyişlər düşmənin səylərinin əsas cəmləşdiyi ərazilər olaraq qalır.

Eyni zamanda, uğur qazana bilməyən düşmən Ukrayna ərazisinin dərinliklərində yerləşən şəhərlərə - Dnepr, Lutsk və İvano-Frankovska raket və bombalı hücumları davam etdirir.

Bundan əlavə, düşmən ehtiyatlarının formalaşdırılması və onların Ukrayna ərazisində döyüş əməliyyatları aparılan ərazilərə köçürülməsi davam edir.

Düşmən qüvvələrin Donetsk və Tavrik istiqamətlərində hava hücumundan müdafiə sisteminin yığılması var.

Volında hərbi və mülki infrastrukturda təxribat təhlükəsi qalmaqdadır.

Düşmən Polesie istiqamətində aktiv hücum əməliyyatları həyata keçirmir. Bölmələrin döyüş qabiliyyətinin bərpası üzrə tədbirlər həyata keçirir.

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və müdafiə qüvvələrinin digər hissələrinin fəal, yaxşı əlaqələndirilmiş hərəkətləri nəticəsində düşmən xeyli itki verib və bu, onu Kiyev vilayətinin əvvəllər zəbt olunmuş yaşayış məntəqələrindən geri çəkilməyə məcbur edib.

Seversk istiqamətində düşmənin aktiv hücum əməliyyatları həyata keçirilmir. Bəzi ərazilərdə düşmən atəş basqınları həyata keçirib, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinin kəşfiyyatını aparıb.

Slobojanski istiqamətində düşmən Sumini mühasirədə saxlayır və Xarkovu şimaldan qismən bloklayır. Qoşunları yenidən qruplaşdırır.

Donetsk və Tavrik istiqamətlərində düşmən Mariupol və Severodonetsk şəhərlərini tutmaq cəhdlərindən əl çəkmir, müvəffəq olmur. Düşmən Nikolayev üzərində nəzarət yaratmaq, Zaporojye və Krivoy Roq istiqamətlərində irəliləmək planlarını həyata keçirə bilmədi. Əhəmiyyətli itkilərə görə düşmən müdafiəyə keçmək məcburiyyətində qalıb və hərtərəfli dəstək həyata keçirməyə çalışır", - Baş Qərargah bildirib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Ukrayna mətbuatı Düşmən itki verir geri çəkilir


RƏYLƏR