Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 10:32
Tezliklə Poltava vilayətinin sakini oğlunu məhbusla videoda tanıyıb.
Rusiya ordusunun Krımdan olan pilotu Ukraynanı bombalayarkən mərmilərdən biri də Poltavada yaşayan anasının evinə düşüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, anası oğlunu yerli telekanalda xəbərlər proqramında əsir götürüldüyünü görüb.
Ukrayna İstintaq Komitəsindən bildirilib ki, sözügedən təyyarə vurulub, sağ qalan pilot əsir götürülərək ifadəsi alınıb. O, dinc əhalini bombalamaq əmrində cinayət tərkibi görməyib. Baxmayaraq ki, onun valideynləri də faktiki olaraq ölkənin mərkəzində - Poltava vilayətinin Kremençuq şəhərində yaşayır.