Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qar bu yollarda vəziyyəti ağırlaşdırıb - Sürücülərə xəbərdarlıq

Qar bu yollarda vəziyyəti ağırlaşdırıb - Sürücülərə xəbərdarlıq

Tarix: 12 Mart 2022 11:52

Ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara keçməsi avtomobil yollarında bir sıra çətinliklər yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Sonxeber.net-a verilən xəbərə görə, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, eləcə də Bakı-Şamaxı-Yevlax, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yollarında qarın yaratdığı fəsadların aradan qaldırılması üçün dərhal əraziyə DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları cəlb edilib.

Aidiyyəti taqımların əməkdaşları yol təsərrüfatı işçiləri ilə birgə gecədən başlayaraq səhər saatlarınadək xüsusi texnika cəlb etməklə yolun qardan təmizlənməsi üçün tədbirlər görüb, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib.

Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam edir.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.


Etiketlər:  yollarda vəziyyəti ağırlaşdırıb Sürücülərə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ