Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 11:54
Bakıdakı tanınmış kafelərdən birində antisanitar şərait var.
Sonxeber.net xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb.
O qeyd edib ki, videonu "Kardeşler" kafesində çəkib. Görüntülərdə bir gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi görünür.
A. Niftəliyev qeyd edib ki, görüntü "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən filialda qeydə alınıb: "Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir".
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlasaq da, hələ ki, cavab ala bilmədik.