Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meydana öz formalarında yox, Ukrayna bayrağı rənglərində çıxdılar - VİDEO

Meydana öz formalarında yox, Ukrayna bayrağı rənglərində çıxdılar - VİDEO

Tarix: 12 Mart 2022 16:18

Litvanın basketbol üzrə "Jalqiris" klubu Avropa Liqası çərçivəsində "Barselona" ilə görüşdə Ukraynanı dəstəkləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Litvanın müstəqillik günü Kaunas təmsilçisi öz ənənəvi ağ-yaşıl rəngə formasında deyil, Ukrayna bayrağının rənglərinin əks olunduğu formada meydana çıxıb.

Oyundan əvvəl meydançaya "müharibəyə yox" şüarı yazılmış plakat çıxarılıb. Çağırışı hər iki klub və hakimlər dəstəkləyib.  

Bundan əlavə, Kaunasdakı arenada azarkeşlər Ukrayna bayraqları asıblar. Tabloda isə "Yaşasın Ukrayna! Yaşasın Qəhrəmanlar" şüarı səsləndirilib.

Qeyd edək ki, "Jalqiris" oyunda turnirin lideri üzərində sensasiyalı qələbə qazanıb - 91:84. Litva təmsilçisi 23 oyundan sonra hesabında 7 qələbə ilə turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Meydana öz formalarında yox Ukrayna bayrağı rənglərində çıxdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ