Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 18:44
Məşhur ulduz Mila Kunis Ukraynada yaşananlara münasibər bildirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, əslən Ukraynadan olan Kunis insanları rusları düşmən bilməməyə çağırıb. Bu haqda aktrisa Mariya Şrayverə müsahibəsində danışıb.
"Düşünürəm ki, rusların hamısını düşmən bilməməliyik. Bunu xüsusi vurğulamaq istəyirəm, çünki mediada bu haqda çox az danışılır: "Əgər sən bizimlə deyilsənsə, bizə qarşısan". İndi hamı bu fikrə köklənib. Amma düşünürəm ki, baş verənlərdə rus xalqının günahı yoxdur. Bu cür davranış xoşuma gəlmir.
Ölkənin rəhbəri ilə vətəndaşı eyni deyil. Uşaqlıqdan ailəm Los-Ancelesə köçüb, buna görə özümü amerikalı hesab edirəm. Amma Ukraynada müharibə başlayandan sanki ürəyimdən bir parça qopub" deyə, Mila bildirib.
Qeyd edək ki, Kunis və həyat yoldaşı Eşton Katçer Ukraynadan qaçqın düşənlər üçün yardım ayırıblar. Onlar 3 milyon dollar verib.