Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sakinlər üçün təhlükə - Sumqayıtda bu yer narkomanların yuvasına çevrilib? - VİDEO

Sakinlər üçün təhlükə - Sumqayıtda bu yer narkomanların yuvasına çevrilib? - VİDEO

Tarix: 15 Mart 2022 18:08

Sumqayıtda binaların arxasında olan bir tikili insanları narahat edir. Sakinlər ehtimal edirlər ki, həmin məkanların narkomanların yuvasına çevrilib. Tikilinin içərisində yerə atılmış istifadə edilmiş şprislər bu ehtimalı daha da gücləndirir. Çəkiliş zamanı içəridə olan bir nəfər hətta çəkiliş qrupumuza mane olmaq istəyib. Sumqayıt şəhər Polis İdarəsi həmin ərazinin artıq nəzarətə götürüldüyünü açıqlayıb. Tikili isə sökülüb. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, baxımsız vəziyyətdə olan bu tikili yaxınlıqda yaşayanları narahat edir. İnsanlar buranın narkotik istifadəçilərinin yuvasına çevrildiyini iddia edirlər. Görüntülər Sumqayıtdandır.

Tikilinin içərisindəki vəziyyət ürəkaçan deyil. Ətrafa səpələnmiş müxtləlif əşyaların arasında bir neçə şprisə rast gəlmək mümkündür.

Sakinlər bu yerin gənclər üçün təhlükəli olduğunu hesab edirlər.

Ərazidə çəkiliş apararkən tikilidəki otaqlardan birində olan bir nəfər üzünü gizlədərək çəkiliş qrupumuzun oradan uzaqlaşmasını tələb edib. 

Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi ilə əlaqə saxladıq. Çox keçmədən əraziyə xüsusi texnika cəlb edilib və tikili sökülüb. Polis Polis idarəsindən bildirilib ki, ərazi artıq nəzarətə götürülüb. 

Milli.Az


Etiketlər:  Sakinlər üçün təhlükə Sumqayıtda narkomanların yuvasına çevrilib VİDEO


RƏYLƏR