Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 07:24
Ukrayna hakimiyyəti tərəfindən döyüş bölgəsindən humanitar dəhlizlərlə 29 minə yaxın insan təxliyə edilib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko deyib.
Bundan əvvəl Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, martın 15-də Mariupoldan humanitar dəhliz boyunca 20 minə yaxın insan yola salınıb.
Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev xəbər verib ki, ölkənin silahlı qüvvələri bir sutka ərzində Jitomir, Luqansk, Donetsk və Mariupol istiqamətlərində 36 721 nəfəri təxliyə edib.