Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 23:20
Rusiya hərbçiləri Mariupol şəhərindən təxliyə edilən mülki əhalinin avtomobil karvanını atəşə tutublar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, yaralananlar arasında uşaqlar da var.
"Bu gün saat 15:30 radələrində rusiyalı işğalçılar Mariupol şəhərindən Zaporojye şəhərinə təxliyə edilmiş mülki əhalinin avtomobil karvanını atəşə tutublar. İlkin məlumata görə, ölənlər var. Xəsarət alanlar və yaralananlar arasında uşaqlar da var", - Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.
Qurbanların sayı dəqiqləşdirilir.