Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 17:28
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 51 953,31 ABŞ dolları dəyərində 150 597,5 ton buğda idxal edilib.
Sonxeber.net-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 9,2 dəfəyədək, həcmi isə 6,7 dəfədən çox artıb.
Qeyd edək ki, bu ilin ilk iki ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,63%-nə bərabər olub.