Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 17:48
ABŞ-ın respublikaçı senatorları Senata Ukrayna hadisələri ilə əlaqədar Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsi təqdim ediblər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə sənədin müəlliflərindən biri, Senatın Vayominq ştatından olan üzvü Con Barosso deyib.
"Rusiyanın bütün enerji resurslarını Amerika bazarından həmişəlik çıxarmağın vaxtı çatıb. Biz bilirik ki, Vladimir Putin bu pulları Ukraynadakı amansız və əsassız müharibəsini maliyyələşdirmək üçün istifadə edir. Rusiyadan neft, qaz və kömür idxalına qadağa mühüm addımdır, lakin bunlar sonuncu ola bilməz", - deyə Barosso bildirib.
O əlavə edib ki, bu qadağa nəinki Rusiyanı hərbi əməliyyatlar üçün lazım olan vəsaitdən məhrum edəcək, həm də ABŞ-da uran istehsalına da stimul verəcək.