Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-terapevt: Novruz bayramı günlərində...

Həkim-terapevt: Novruz bayramı günlərində...

Tarix: 18 Mart 2022 22:24

Qarşıdan Novruz bayramı günləri gəlir. Bayram günlərində doğru qidalanmaq mümkündür. Belə ki, bayramda süfrəyə müxtəlif cür təamlar düzülsə də, bu, o demək deyil ki, masanın üzərində olan bütün qida və şirniyyatlardan qəbul edilməlidir. Bu dönəmlərdə, xüsusilə, şəkərli diabet xəstələrinin qidalanmalarına fikir vermələri lazımdır. Onlara şəkərli qidalardan uzaq durmaları tövsiyə olunur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev nazirliyin instaqram hesabındakı canlı yayımda deyib.

"Ümumiyyətlə, vətəndaşlara hər bir qidanı öz qədərində qəbul etmələri məsləhət görülür. Bununla yanaşı, yüksək təzyiqdən əziyyət çəkənlər çox yağlı, ağır yeməklərdən uzaq durmalıdırlar. Gecə saatlarına qədər qida qəbul etmək düzgün deyil. Bayram günlərini nəzərə alaraq, axşam saat 7-8-dən sonra qida qəbul etməmək tövsiyə olunur. Bayram günlərini maksimum dərəcədə aktiv keçirməkdə və diqqətli olmaqda fayda var", - deyə Z.Quliyev bildirib


Etiketlər:  Həkim terapevt Novruz bayramı günlərində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ