Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlk “Redmi” televizoru satışa çıxarılır

İlk “Redmi” televizoru satışa çıxarılır

Tarix: 10 Sentyabr 2019 12:24

Bu gün Çində avqustun sonunda “Redmi Note 8” və “Redmi Note 8 Pro” smartfonları ilə birgə təqdim edilən “Redmi TV” “ağıllı” televizoru satışa çıxarılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, məlumata görə, bir müddət əvvəl “Xiaomi” şirkətinin vitse-prezidenti və “Redmi” brendinin rəhbəri Lu Veybinq ilk “Redmi TV” televizorunun 70 düymlük daxili televizorlar bazarının həcmini iki dəfə artıracağını təsdiq edib. Çində hər ay bu diaqonallı 30 minə yaxın televizor satılır.

 

Bildirilir ki, ilk “ağıllı” “Redmi” televizoruna tələbat çox böyükdür. Şirkət indiyədək mağazalara mümkün qədər çox televizor tədarük etmək üçün səylərini əsirgəməyib.

 

“Redmi TV” 1,5 QHs takt tezlikli dördnüvəli x64 arxitekturalı “Amlogic” prosessoru və 750 QHs takt tezlikli “Mali-450 MP3” qrafik prosessoru ilə təchiz edilib. Qurğunun operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış yaddaşı isə 16 giqabayt təşkil edir.

 

İlk “Redmi” televizorunun qiyməti 530 dollara bərabərdir.

 

Nizam Nuriyev




Etiketlər:  İlk Redmi televizoru satışa çıxarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ