Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2022 23:42
Hostel fəaliyyəti üzrə müştərilərdən alınan ödənişlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?
Dövlət Vergi Xidmətindən Sonxeber.net-a bildirilib ki, Vergi Məcəlləsinə görə, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəlik salonları və kosmetoloji mərkəzlər əhali ilə pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməli olan vergiödəyicilərinə aid edilib.
Qeyd edilənlərə əsasən, hostel fəaliyyəti üzrə müştərilərdən alınan ödənişlərə görə onlara nəzarət-kassa aparatının çeki təqdim olunmalıdır.