Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 11:50
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Vogue" jurnalına müsahibəsində çantasında daima daşıdığı əşyaları təqdim edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisanın çantasına maraq oyadan əşyalardan biri isə nişanlısı aktyor Gökhan Alkanla uşaqlıq fotolarının olduğu medalyon olub. Nəsrinin sözlərinə görə, bunu ona Gökhan hədiyyə edib:
"Bunu həmişə özümlə gəzdirirəm, sevgilim hədiyyə edib. "Nə vaxt fikirlərimiz üst-üstə düşməsə, buradakı hallarımıza bax və bizi bağışla" demişdi. Bu bizim uşaqlıq fotolarımızdır".
Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb. Nəsrin Gökhanın evlilik təklifinə "hə" cavabını verib. Cütlük yayda toy etməyi planlaşdırır.
Nəsrin hazırda "Üç Kuruş" serialında "Bahar" obrazını canlandırır.