Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 13:32
Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Brüsseldə görüşəcək G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderlərinə videobağlantı vasitəsilə müraciət edəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "1+1" telekanalının efirində Ukrayna liderinin mətbuat katibi Serqey Nikiforov bildirib.
Serqey Nikiforov deyib ki, Zelenski yenidən G7 liderlərinə hərbi yardım çağırışı ilə müraciət etmək niyyətindədir: "Bu, bir neçə yolla edilə bilər. Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq, ölkəni güclü hava hücumundan müdafiə və aviasiya ilə təmin etmək", - Nikiforov bildirib.
Nikiforov bildirib ki, Zelenski G7 liderləri ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün yeni formatlar barədə sualları müzakirə etməyəcək: "Çünki G7 ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür. Lakin biz görürük ki, NATO və köhnə formatlar, BMT və digərləri çox yaxşı işləmir və yeni formatların axtarışı Ukrayna hakimiyyətinin prioritetlərindən biridir".