Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 16:52
"Mançester Yunayted"in qapıçısı Pol Vulston 23 yaşında karyerasını bitirmək məcburiyyətində qalıb.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, səbəb sağlamlıq problemləridir.
Vulston, keçən ilin mart və aprel aylarında iki dəfə əməliyyat olunub. Göründüyü kimi, cərrahi müdaxilələr yetərsiz olub.
"Mançester Yunayted" Vulstonla bağlı verdiyi açıqlamada zədənin nə olduğunu açıqlamasa da, "Transfermarkt" bunun omba ilə bağlı problem olduğunu bildirib.
Gənc qolkiperin karyerasını bitirməsinə komanda yoldaşı David De Xea da münasibət bildirib: "Bu qədər gənc birinin təqaüdə çıxması çox kədərlidir, amma futboldan daha vacib olan normal həyat sürməkdir. O, əla oğlan və əla qapıçıdır, ona görə həqiqətən üzülürəm. Vulstona hər şeyin ən yaxşısını arzulayıram".
Vulston İngiltərənin U-17 və U-18 milli komandalarının üzvü olub.