Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada hamı bu uşaqdan danışır: Gecə evdən qaçaraq...

Ukraynada hamı bu uşaqdan danışır: Gecə evdən qaçaraq...

Tarix: 26 Mart 2022 02:32

Kiyev vilayətinin Borispol şəhərində yaşayan 11 yaşlı Maksim gecə evdən qaçaraq özünümüdafiə dəstələrin qərargahına gəlib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə könüllülərin komandanı Aleksey Kovtun özünün İnstagram səhifəsində bildirib. 

Məlumata görə, Maksim ukraynalı döyüşçülərə əlindən gələni köməyi etmək istədiyini deyib. Uşağın bu hərəkəti döyüşçüləri çox təsirləndirib. Onlar Maksimə minnətdarlıqlarını bildirərək valideynlərinə qaytarıblar. Onlardan isə xahiş ediblər ki, evdən xəbərsiz getdiyinə görə, Maksimi danlamasınlar.


Etiketlər:  Ukraynada hamı uşaqdan danışır Gecə evdən qaçaraq


RƏYLƏR