Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox çay içənlərin NƏZƏRİNƏ!

Çox çay içənlərin NƏZƏRİNƏ!

Tarix: 27 Mart 2022 23:06

"Böyrək daşları Azərbaycanda çox geniş yayılmış xəstəliklərdən biridir. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, Fransa ilə müqayisədə Azərbaycanda böyrək daşı xəstəliyinə 3-4 dəfə artıq rast gəlinir".

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, uzman həkim, uroloq-androloq Araz Bayramov bu barədə məlumat verib.

Həkim qeyd edib ki, çünki böyrək daşı xəstəliklərinə isti iqlimlərin mövcud olduğu yerlərdə daha çox rast gəlinir. Həmçinin bu, qidalanma tərzimizlə əlaqədardır. Məlumdur ki, böyrəklər insan orqanizminin ən güclü süzgəcidir. Belə ki, protein mənşəli qidanın - mal və qoyun ətinin mətbəximizdə üstünlük təşkil etməsi qidalanmamızda əsas rol oynayır:

"Bu xəstəliyin yaranmasının səbəblərindən biri də bizim daha çox çay içməyə üstünlük verməyimiz, sudan isə az istifadə etməyimizdir. Lakin daş xəstəliklərinin aradan qaldırılmasında içdiyimiz suyun miqdarı çox vacibdir. Ümumiyyətlə, bizim həyat tərzimiz böyrəklərdə daş xəstəliyinin yaranmasında böyük rol oynayır".


Etiketlər:  Çox çay içənlərin NƏZƏRİNƏ


RƏYLƏR