Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Natiq Cəfərli AXCP sədrini "bədbəxt" ADLANDIRDI

Natiq Cəfərli AXCP sədrini

Tarix: 28 Mart 2022 00:45

Real funksioneri: "Artistlik edib Rusiyanı tənqid edirlər"

"Özlərinə siyasi "lider" deyənlərin bəziləri üzdə artistlik edib Rusiyanı tənqid edirlər, amma öz Əsgərinin videosuna, öz Ordusunun rəsmi açıqlamasına güvənmədən ağaları Kremlin sözlərini mütləq həqiqət sayırlar - bax bu anda maskaları cırılır, kimin-kim olduğu görünür. Hələ də anlamır ki, bu xalq, bu ölkə, bu dövlət bizimdir, müxalifət olmaq hər şeyi qaralamaq, ağa qara demək deyil, hələ də qanmırlar ki, hökumət başqa, dövlət başqadır. Bədbəxtdirlər..."

Milli.Az demokrat.az-a istinadən bildirir ki, bu sözləri Real Partiyasının rəhbərliyində təmsil olunan iqtisadçı Natiq Cəfərli AXCP sədri Əli Kərimlinin Rusiya Müdafiə Nazirliyinin saxta məlumatına əsaslanaraq Azərbaycan ordusunu Fərrux yüksəkliyini tərk etməsi barədə paylaşımına etiraz olaraq öz Facebook yazıb. AXCP sədrinə qarşı sosial şəbəkədə kəskin etirazlar davam edir.

Milli.Az


Etiketlər:  Natiq Cəfərli AXCP sədrini bədbəxt ADLANDIRDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ