Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kikboksinq üzrə Bakı şəhər kuboku keçirilib

Kikboksinq üzrə Bakı şəhər kuboku keçirilib

Tarix: 11 Sentyabr 2019 03:52

Bakı. Trend:

Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə Bakı şəhər kuboku keçirilib.

Trend-in məlumatına görə, yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 156 idmançı mübarizə aparıb.

Nəticələrə görə, 10-13 yaş arasında, 26 kq çəki dərəcəsində Şahin Əfəndiyev, 28 kq çəki dərəcəsində Ramin Həsənov, 30 kq çəki dərəcəsində Nazim Verdiyev, 32 kq çəki dərəcəsində Asif Ocaqverdiyev, 35 kq çəki dərəcəsində Elşad Cəfərov, 37 kq çəki dərəcəsində Cəfər Nəcəfli, 42 kq çəki dərəcəsində Renat Qiyaslı, 47 kq çəki dərəcəsində Əli Məmmədov, +47 kq çəki dərəcəsində Rauf Qafurov, 13-15 yaş təvəllüdlülər arasında 39 kq çəki dərəcəsində Bəxtiyar Vəliyev, 42 kq çəki dərəcəsində Cavid Səfərli, 47 kq çəki dərəcəsində Pərviz Əliyev, 52 kq çəki dərəcəsində Turan Nağızadə, 57 kq çəki dərəcəsində Səftar Süleymanov, 63 kq çəki dərəcəsində Ayxan Həsənov, +69 kq çəki dərəcəsində Amiz Abbasov, 15-17 yaş təvəllüdlülər arasında 45 kq çəki dərəcəsində Vidadi İbrahimov, 48 kq çəki dərəcəsində Elcan Tanrıverdiyev, 51 kq çəki dərəcəsində Coşqun Mehdiyev, 54 kq çəki dərəcəsində Nurəli Kərimov, 57 kq çəki dərəcəsində Hüseyn Zəbiyev, 60 kq çəki dərəcəsində İlkin Tamarin, 63,5 kq çəki dərəcəsində Mirnəcəf Cəlilov, 67 kq çəki dərəcəsində Bayram Şahbazov, +67 kq çəki dərəcəsində Murad Əliyev I yerlərə layiq görülüblər.

I, II, III yeri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.


Etiketlər:  Kikboksinq üzrə Bakı şəhər kuboku keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ