Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb

Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb

Tarix: 29 Mart 2022 08:09

Bolqarıstanın Asenovqrad şəhəri yaxınlığındakı Plovdiv bölgəsindəki quşçuluq fermasında yüksək patogenli quş qripinin növbəti epidemiyası qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

180 minə yaxın toyuq olan quşçuluq fermasında yüksək patogenli A tipli virusun törətdiyi xəstəlik tapılıb. 2019-cu ildən indiyədək bu təsərrüfatda xəstəliyin üçüncü epidemiyası aşkarlanıb.

Xəstəliyin mənbəyindən 10 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, baytarlıq nəzarəti gücləndirilib. İnfeksiyanın səbəbi ilə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ