Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 11:28
Rusiya tərəfi İstanbulda Ukrayna ilə danışıqlarda ilk mühüm nəticəyə ümid edir. Sonxeber.net xəbər verir ki, bu barədə TASS-a danışıqlarla tanış olan Rusiya mənbəsi bildirib.
"Biz ilk mərhələyə, əlamətdar nəticəyə ümid edirik", - agentliyin həmsöhbəti bildirib.
Mənbə bildirib ki, İstanbulda "yekun nəticə" əldə olunmasa, Rusiya-Ukrayna danışıqları videobağlantı vasitəsilə davam edə bilər, lakin Moskva sürətlə irəlilələyişə ümid edir.
Aslan Məmmədov