Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya raketi keçmiş baş nazirin evinə də düşdü... - FOTOlar

Rusiya raketi keçmiş baş nazirin evinə də düşdü... - FOTOlar

Tarix: 29 Mart 2022 18:32

Dünən Ukrayna paytaxtı üzərində vurulan Rusiya raketinin qalıqları Darnitski rayonu sakinlərinin şəxsi evlərinə də tuş gəlib. Zərərçəkmiş evlərdən biri Ukraynanın keçmiş baş naziri (1991-1992) Vitold Fokinə məxsusdur.

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, Fokin özü bu məlumatı "Azadlıq" radiosuna şərhində təsdiqləyib.

"Bəli, evimə ziyan dəyib. Bu həm də ona görə ağrıcıdır ki, indi Moldovada dostumun qonağıyam. Və evimə gəlməyə hazırlaşırdım. Amma məlum oldu ki, gedəcək yer yoxdur, çünki pəncərələr, qapılar sındırılıb. Ona görə də müvəqqəti olaraq plyonka ilə örtülməyənə qədər geri qayıda bilmərəm" -deyib sabiq hökumət başçısı.

Fokin də evinin yenidən bərpa ediləcəyinə əminliyini ifadə edib.

"Orada elə də böyük ziyan yoxdur. İndi onu təxminən bir həftəyə hazırlayacağıq ki, evə qayıda bilim. Bütün bunları indi bizim digər şəhərlərimizdəki dağıntılarla müqayisə etmək olmaz. Mariupol mənim anamın şəhəridir. Və mən bunlara baxanda göz yaşlarımı saxlaya bilmirəm", - deyə keçmiş baş nazir bildirib.

Bildirilir ki, sözügedən vaxtda Kiyevdə  daha bir neçə ev raket parçaları ilə zədələnib - pəncərələr sınıb , fasadlar sökülüb. Avtomobillərə və ev heyvanlarına da ziyan dəyib. İnsan tələfatı olmayıb.


Etiketlər:  Rusiya raketi keçmiş baş nazirin evinə düşdü FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ